İş Təsviri
AGA Group
Təsvir:
“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Ofis Meneceri vakansiyasını elan edir. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi
Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi
Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi
Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi
Görülən işlərlə bağlı hesabatların hazırlanması
Tələblər:
Ali təhsil
21-25 yaş aralığında gənclər
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
Səlis və aydın nitq qabiliyyəti
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
Əlavə məlumat:
5 günlük iş qrafiki: 10:00 – 19:00
Əmək haqqı: 400 AZN (Gross)
Vakansiya haqqında:
Vakansiya növü Tam ştat
Təcrübə 1 ilədək
Vəzifə dərəcəsi Məzun
Təhsil Bakalavr
Əmək haqqı 364 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.