Planlama mühəndisi

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti

İş şəraiti:

İş yeri: Ağdam rayonu;
İş rejimi: həftə içi 5 iş günü;
Əmək haqqı: 1900 azn (vergi və digər xərclər çıxılmaqla) və il ərzində mükafatlar.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
Minimum 3 il iş təcrübəsi;
Kompüter bilikləri: MS Excel, MS Project və Primavera P6 bilikləri.
Vəzifə öhdəlikləri:

Layihələr üzrə görülən işlərə dair günlük və həftəlik iş planlarını hazırlamaq;
Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramını hazırlamaq və MS Project proqramına daxil etmək və yenilənməsini həyata keçirmək;
Ümumi layihələr üzrə alınan hesabatların histoqramını hazırlamaq;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq;
Gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
Mövcud gecikmələrə dair analizlər aparmaq və müvafiq tədbirlər görmək;
Müddət və büdcədən kənaraçıxmaların təhlilini aparmaq və hesabatları hazırlamaq;
Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
Subpodratçıların apardığı işlərin plan üzrə qeydiyyatına və işlərin görülməsinə nəzarət etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-nizi elektron məktubun mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.