Planlama və Xərc Nəzarəti üzrə Mütəxəssis

Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Veysəloğlu Şirkətlər Qrupu

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

Strateji Büdcə Planlaması
Layihələrin maliyyə planlarını layihə rəhbərləri, mühəndislər və təchizat komandası ilə koordinasiyada hazırlamaq;
Qısa və uzunmüddətli proqnozlar əsasında illik və dövri büdcələrin hazırlanması;
Layihənin həcminə və mərhələlərinə uyğun olaraq büdcənin bölüşdürülməsi və resurs planlamasının qurulması.
Büdcəyə və Xərclərə Real Zamanlı Nəzarət
Faktiki xərclərin büdcə ilə müqayisəsini aparmaq və büdcədən kənara çıxmaları analiz etmək;
Həftəlik və aylıq maliyyə hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
Planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil edərək riskləri vaxtında müəyyən etmək və tədbir görmək.
Xərc Analizi və Effektivlik Təhlili
Layihə xərclərinin kateqoriya üzrə (material, əmək, texnika və s.) analizini aparmaq;
İsrafçılığın qarşısını almaq məqsədi ilə effektivlik göstəricilərini qiymətləndirmək və təkmilləşdirmə tövsiyələri vermək;
Alternativ həll yolları təklif edərək maliyyə baxımından daha səmərəli seçimlər hazırlamaq.
Rəhbərlik Üçün Maliyyə Hesabatlarının Hazırlanması
CFO, Maliyyə Meneceri və Layihə Menecerləri üçün layihə üzrə detallı xərclər, gəlirlər və maliyyə icrası haqqında təqdimatlar hazırlamaq;
Büdcə icrası, gözlənilən dəyişikliklər və potensial risklərlə bağlı ssenarilər üzrə hesabatlar vermək.
Sistemlərin və Proseslərin Təkmilləşdirilməsi
ERP və ya digər maliyyə idarəetmə sistemlərində büdcə və xərclərlə bağlı proseslərin optimizasiyası;
Daxili nəzarət və audit üçün izlənilə bilən struktur yaratmaq və hesabatlılığı artırmaq;
Maliyyə planlama alətlərinin tətbiqi və komandada onların istifadəsinin təşviq olunması.
Tələblər:

Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Biznesin İdarəolunması və ya Mühəndislik sahələrindən birində bakalavr dərəcəsi (müvafiq sahədə magistr dərəcəsi üstünlükdür).
İş Təcrübəsi:

Büdcə planlaması, xərc nəzarəti və ya maliyyə təhlili sahəsində ən azı 3 il iş təcrübəsi (xüsusilə tikinti, infrastruktur və ya iri həcmli layihələrdə təcrübə üstünlükdür);
Layihə əsaslı mühitdə (CAPEX/OPEX əsaslı) maliyyə nəzarəti ilə bağlı real təcrübə.
Peşəkar Bacarıqlar
Büdcə və xərclərin planlaması, izlənməsi və hesabatlandırılması üzrə biliklər;
Müxtəlif layihə mərhələlərində maliyyə risklərini analiz edə bilmək bacarığı;
Əla analitik düşüncə və rəqəmsal təhlil bacarığı;
Səmərəli xərc idarəetməsi və optimizasiya imkanlarını müəyyənləşdirmək qabiliyyəti.
Texniki Bacarıqlar:

MS Excel – qabaqcıl səviyyədə (pivot, lookup, formula və makrolar ilə işləmə);
ERP sistemlərində (Logo, SAP, Oracle və ya bənzər) işləmə təcrübəsi;
Maliyyə hesabat proqramlarında və BI alətlərində (Power BI, Tableau və s.) baza biliklər.
Dil Bilikləri:

Azərbaycan dili – səlis;
İngilis dili – orta və ya yuxarı səviyyədə (xarici tərəfdaşlarla yazışma və hesabat üçün);
Şəxsi Keyfiyyətlər:

Diqqətli, məsuliyyətli və detallara önəm verən;
Komanda ilə işləmə və eyni anda bir neçə layihəni idarə etmə bacarığı;
Təşəbbüskar, nəticə yönümlü və vaxtında hesabat verməyə meyilli;
Yüklənmə və dəyişkən şəraitdə təzyiq altında işləyə bilmək bacarığı.
Üstünlük Sayılan Sertifikatlar:

Maliyyə və Büdcə İdarəçiliyi üzrə Sertifikatlar
CMA – Certified Management Accountant-mütləq üstünlük
ACCA – Association of Chartered Certified Accountants (xüsusilə F2, F5, F9 modulları)-mütləq üstünlük
DipIFR – Diploma in International Financial Reporting (ACCA)-dəstək rolu
PMP – Project Management Professional (PMI)-əsas bacarıq
Excel expert-(Büdcə modellərinin qurulması, dashboard-ların hazırlanması, analiz üçün lazımdır)
İş şərtləri:

İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir