İş Təsviri
PMD Projects LLC
Təsvir
Tələb üzrə müqavilə üçün qrafik məlumatlarının hazırlanmasına rəhbərlik etmək və təyin olunmuş qrafiklərin düzgün hazırlandığını yoxlayıb təsdiqləmək;
Təyin olunmuş fənnlər üçün məntiqi iş ardıcıllığı yaratmaq;
İş ardıcıllığını ümumi layihə planı ilə nəzərdən keçirib qiymətləndirmək;
Təyin olunmuş fəaliyyət müddətlərinin seçilməsi metodlarını müəyyənləşdirmək və həyata keçirmək;
Layihə hesabatları və iş bölgü strukturlarını hazırlamaq və təyin olunmuş yeni işlər üçün müvafiq dəyişiklik və düzəlişləri tövsiyə etmək;
Təyin olunmuş qrafik üzrə kritik yol fəaliyyətlərini müəyyənləşdirmək;
Podratçılar da daxil olmaqla təyin olunmuş qrafik kənarlaşmalarını müəyyənləşdirmək, təhlil etmək, izləmək və düzəldici fəaliyyət / iş həllini tövsiyə etmək;
Aylıq irəliləyiş üzrə hesabat hazırlamaq. Qrafikə təsir göstərən fəaliyyətləri müəyyənləşdirmək və hesabat vermək;
Mütəmadi olaraq layihənin səmərəliliyini izləmək və təhlil etmək;
Layihənin işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
Layihə üzrə görülən işlərin həftəlik/aylıq iş planını hazırlamaq;
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatları hazırlanıb rəhbərliyə ötürmək;
Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması, müvafiq proqrama daxil edilməsi və yenilənməsi;
Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün layihə komandası ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlaşdırmaq;
Podratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
Tələblər
Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 4 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilisi dili – yaxşı;
Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.