Problemli kredit üzrə mütəxəssis

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Prior Leasing
Namizədə olan tələblər:

Ali təhsil;
Bank sahəsində ən azı 2 il təcrübə;
MS Office proqramlarında mükəmməl istifadə bacarığı;
Komandada işləmə bacarığı;
Vəzifə öhdəlikləri:

Problemli kreditlərin (lizinqlərin) təftişini aparır, onun yaranma səbəbləri barədə təhlillər aparır, bununla bağlı hesabatlar hazırlayır, yığılması yolları və üsulları barədə təkliflər verir;
Borclunun və ya onun səlahiyyətli nümayəndələri borcun ödənilməsi məsələləri üzrə danışıqların aparılmasını birbaşa icra edir;
Borcluya yazılı bildirişlərin, tələblərin və digər məktubların göndərilməsini təşkil edir;
Kredit (lizinq) üçün götürülmüş əmlakı monitorinq edir və ehtiyac olduğu halda onun müvafiq qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilməsini təşkil edir;
Kredit(Lizinq) portfelinin bütövlükdə keyfiyyətinə nəzarət edir. Kredit(Lizinq) işçiləri ilə birlikdə problem yaranan və ya keçirilməsi şübhəli bilinən kreditlər(lizinqlər) üzrə təkrar monitorinq keçirir;
Problemli kreditlərin(lizinqlərin) müvafiq sənədlərini hazırlayıb hüquq şöbəsinə təqdim edir;
Problemli kreditlərin(lizinqlərin) idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarını icra edir.
İş şərtlərimiz:

İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Problemli kreditlər üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.