Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

KOLLEKTA MMC

Vəzifə öhdəlikləri:

Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Əlaqəli qurumlarla əlaqələri idarə etmək, məktublar və sorğular göndərmək;
Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
Rayonlar üzrə borcluların ünvanına vizit etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:

Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Sürücülük vəsiqəsi;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
Sürücülük vəsiqəsinin olması mütləqdir;
İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:

Əmək haqqı: NETT 1500 AZN
İş yeri: Bakı, Nərimanov ray., Əhməd Rəcəbli küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır