İş Təsviri
ALLALLFINANCE MMC
Vəzifə öhdəlikləri:
Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
Təyin olunmuş portfelin idarə olunması;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə 1 ilə yaxın təcrübə;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
İş şəraitinin şərtlərini nəzərə alaraq yalnız bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
Əmək haqqı: 500-800 AZN (ƏH+bonusla birlikdə)
İş yeri: Bakı şəh, Nərimanov rayonu
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.