İş Təsviri
Caspident
Namizədə tələblər:
Reklam sahəsində minumum 1 il iş təcrübəsi;
Səlis Azərbaycan dilini bilməsi (rus dili biliyi üstünlükdür);
Xoş və səliqəli zahiri görünüş;
İşgüzar və hədəfyönlü;
Kollektiv ilə işləmə bacarığı;
Yüksək ünsiyyət bacarıqları;
Məhsul təqdimatı və inandırmaq bacarığı;
Aktivlik, məsuliyyət və nəticəyə yönümlülük;
Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür
İş barəsində məlumat:
Stomatoloji klinikaların və tibb müəssisələrinin ziyarət edilməsi;
Kursların və məhsulların təqdimatı;
Reklam materiallarının paylanması;
Potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Müştərilərdən rəy toplanması;
Satış komandası ilə sıx əməkdaşlıq.
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə
İş saatı – 09:00 – 18:00;
Əmək haqqı – 650 AZN +150 AZN (yol xərci)
İşyeri: Bakı şəhəri;
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Promouter/Tanıtım nümayəndəsi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur. Email-in mövzu hissəsində “Promouter/Tanıtım nümayəndəsi” qeyd etməyiniz xahiş olunur.