İş Təsviri
Kalem Yazılım
Vəzifə öhdəlikləri:
Şirkətə aid proqram təminatında (əsasən kassa proqramları) yaranan texniki problemlərin təhlil edilməsi və müştərilərə operativ dəstək göstərilməsi
İstifadəçilərdən daxil olan müraciətlərin vaxtında və düzgün icra edilməsi
Yeni kompüterlərin quraşdırılması, sazlanması və proqram təminatı ilə təmin edilməsi
Zəruri olduqda ezamiyyətlər həyata keçirərək problemlərin yerində həll edilməsi
Departament rəhbərinin və müavininin yazılı və şifahi tapşırıqlarını vaxtında yerinə yetirmək
Tələblər:
MS Office proqramlarını yüksək səviyyədə bilmək
Microsoft SQL Server-in quraşdırılması, sazlanması və idarə olunması
T-SQL bilmək üstünlükdür
Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və idarə olunması
Server infrastrukturu barədə fundamental biliklərə malik olmaq
Şəbəkənin əsasları barədə nəzəri və praktiki biliklərə sahib olmaq
Printerlər və digər periferik qurğuların proqram səviyyəli nasazlıqlarını aradan qaldırmaq bacarığı
Analitik düşünmək və problemləri operativ həll etmək qabiliyyəti
Uzaqdan idarəetmə (remote service) proqramları ilə işləmək təcrübəsi
İşdən sonra və qeyri-iş günlərində əlavə ödəniş müqabilində növbə rejimində işləmək imkanı
Əlavə məlumat:
Sınaq müddətindən sonra uğurlu nəticə olduqda daimi əmək müqaviləsi bağlanacaq
Sınaq müddəti ödənişli olacaq
İş saatları: həftənin 5 günü, 08:00–17:00
İş yeri: Baki şəhəri, Nerimanov Metrosu yaxinliginda