Pul Vəsaitlərinin Uçotu üzrə Mühasib

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

OBA marketlər şəbəkəsi

Təsvir

Şirkətə daxil olan pul vəsaitlərini gündəlik sistemə daxil etmək;
Bank vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarını (yerli və idxal üzrə) təsdiqlənmiş sənədlərə əsasən yerinə yetirmək;
İnternet banking platformasında əməliyyatları icra etmək və nəzarətdə saxlamaq;
Nəğd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını sistemə daxil etmək;
Kassa qalığını gündəlik yoxlamaq və fərqləri müəyyən etmək;
Sistemə daxil edilmiş əməliyyatların düzgünlüyünü yoxlamaq və uyğunsuzluqları aradan qaldırmaq;
Gündəlik və aylıq əsasda pul vəsaitlərinin hərəkətinə dair (Cash Flow) hesabatlar hazırlamaq və təqdim etmək
Tələblər

Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat sahələri üzrə);
Müvafiq sahədə 2 il iş təcrübəsi;
Bank əməliyyatları və internet banking platformaları ilə işləmə bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə istifadə bacarığı;
Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Bakalavr
İmtiyazlar

Nahar təminatı
korporativ nömrə ilə təmin olunur
Servislə təmin olunur