QA mühəndis

May 26, 2025
Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Araz Supermarket

Tələblər:

Ali təhsil (kompüter elmləri, proqram mühəndisliyi, informasiya texnologiyaları ya müvafiq sahədə bakalavr dərəcəsi);
İş təcrübəsi 2 il;
Dil bilikləri: İngilis dili, rus dili arzu olunandır;
SQL, C#, Java və ya JavaScript proqramlaşdırma dilləri, Selenium, Cypress, və ya Appium kimi test avtomatlaşdırma üzrə əsas biliklər üstünlükdür;
“Black Box”, “White Box” və “Gray Box” test metodologiyalarını yaxşı başa düşmək, güclü analitik və problem həll etmə bacarığı:
Vəzifə öhdəlikləri:

Sistem xüsusiyyətlərini nəzərdən keçirmək və analiz etmək;
Test planlarının, ssenarilərin və ya prosedurların icrasını həyata keçirmək;
Proqram təminatının düzgün və qüsursuz işləməsini təmin etmək üçün testlər aparmaq;
Xətaları aşkar etmək, sənədləşdirmək və onların aradan qaldırılmasını izləmək;
Səhvlər həll edildikdən sonra reqressiya testlərini icra etmək;
Proqramçılarla qarşılıqlı əməkdaşlıq edərək aşkarlanan problemlərin həllinə dəstək vermək;
Funksional tələblər, məhsul dizaynları, cədvəllər və ya potensial problemlər barədə məlumat vermək üçün məhsul dizaynının nəzərdən keçirilməsində iştirak etmək:
Təminatlar:

Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti