İş Təsviri
STV Engineering
İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri üçün Elektrik üzrə QA/QC mühəndisi axtarır. Namizəd layihədə yerinə yetirilən elektrik işlərinin texniki spesifikasiyalara, normativ tələblərə və keyfiyyət standartlarına uyğun şəkildə icrasına nəzarət etməli, sənədləşmə və sahə yoxlamalarını icra etməlidir.
Əsas vəzifələr:
Elektrik işlərinin (LV, ELV, avtomatika, BMS və s.) sahədə texniki və keyfiyyət nəzarəti
Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, MIR-lər və s.
Quraşdırılan sistemlərin layihə və texniki spesifikasiyalarla uyğunluğunun yoxlanması
Quraşdırma və test işlərinə nəzarət (izolyasiya testi, dövrə testləri, funksional yoxlamalar və s.)
Subpodratçılarla koordinasiya və işlərin izlənməsi
Texniki iclaslarda iştirak və keyfiyyətə dair hesabatların hazırlanması
Material qəbul aktlarının və as-built sənədlərinin yoxlanması
ISO 9001 və müvafiq keyfiyyət tələblərinə əsasən nəzarət və sənədləşmə
Tələblər:
Elektrik mühəndisliyi üzrə ali təhsil
Tikinti layihələrində minimum 5 il elektrik üzrə QA/QC təcrübəsi
Elektrik və zəif cərəyan sistemləri üzrə praktik biliklər
IEC, BS, EN, Azerenrji və digər beynəlxalq və yerli standartlara dair bilik
AutoCAD, MS Office və texniki sənədlərlə işləmək bacarığı
ITP, MIR, NCR, test protokolları və s. sənədlərin hazırlanması üzrə təcrübə
Dəqiq və məsuliyyətli yanaşma, güclü sənədləşmə və analitik bacarıqlar
Komandada işləmə və sahədə koordinasiya aparmaq bacarığı
Müraciət qaydası:
Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanıma göndərə bilərlər:
E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Elektrik) – [Sizin Adınız]” yazılması xahiş olunur.