QA/QC mühəndisi (Fit-out)

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

STV Engineering

İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün

STV Engineering Bakı şəhərində həyata keçirilən layihələr çərçivəsində fit-out üzrə QA/QC mühəndisi vəzifəsinə təcrübəli və sənədləşmə sahəsində güclü peşəkar axtarır. Namizəd fit-out işlərinin layihəyə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun şəkildə icrasına nəzarət etməli və sənədləşməni tam və vaxtında yerinə yetirməlidir.

Əsas vəzifələr:

Fit-out işlərinin sahədə icrasına gündəlik nəzarət və texniki yoxlamaların həyata keçirilməsi
Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və idarə olunması: ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, material qəbul aktları və s.
İcra işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğunluğunun təmin edilməsi
Subpodratçılar və müştəri ilə keyfiyyət üzrə koordinasiya
Materialların qəbul prosesi və quraşdırma mərhələlərinə texniki nəzarət
As-built sənədlərinin hazırlanması və yoxlaması
Daxili və xarici auditlərdə iştirak
Mövcud normativ sənədlərə və keyfiyyət standartlarına əsasən iş proseslərinin qiymətləndirilməsi
Tələblər:

Mülki mühəndislik, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Fit-out sahəsində minimum 5 il QA/QC üzrə iş təcrübəsi
Gipskarton, boya, tavan, döşəmə, elektrik və santexnika işləri üzrə biliklər
Keyfiyyət sənədlərinin hazırlanması və sahə nəzarəti üzrə təcrübə
AutoCAD, MS Office və texniki sənədlərlə işləmə bacarığı
Beynəlxalq və yerli keyfiyyət standartları (ISO 9001 və s.) üzrə anlayış
Ünsiyyət, problem həll etmə və komandada işləmə bacarığı
Detallara diqqətli və məsuliyyətli yanaşma
Müraciət qaydası:

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Fit-out) – [Sizin Adınız]” yazılması xahiş olunur.