QA/QC mühəndisi (Mülki işlər)

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

STV Engineering

İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün

STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri üçün mülki işlər üzrə QA/QC mühəndisi axtarır. Namizəd sahədə icra olunan beton, bünövrə, kərpic hörgüsü, su izolyasiyası və digər mülki işlərin layihə, texniki spesifikasiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.

Əsas vəzifələr:

Sahədə gündəlik tikinti proseslərinə nəzarət və keyfiyyət yoxlamalarının həyata keçirilməsi
Beton tökmə, qəlibləmə, armaturlama, su izolyasiyası və s. üzrə texniki nəzarət
Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP-lər, yoxlama siyahıları, metod bəyanatları, MIR, NCR və s.
As-built sənədlərinin hazırlanması və yoxlanması
Subpodratçılar və layihə komandası ilə koordinasiyalı şəkildə işləmək
Material qəbul proseslərinə və laboratoriya testlərinə nəzarət
Yüksək keyfiyyət standartlarına uyğun icranın təmin edilməsi
Keyfiyyət üzrə daxili və xarici auditlərdə iştirak
Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması
Tələblər:

Mülki mühəndislik üzrə ali təhsil
Mülki işlər üzrə QA/QC sahəsində minimum 5 il iş təcrübəsi
Tikinti çertyojlarını oxuma və texniki spesifikasiyalarla işləmə bacarığı
MS Office, AutoCAD və digər texniki proqramlarda işləmə bacarığı
ISO 9001 və müvafiq keyfiyyət sistemləri üzrə bilik
Sahə nəzarəti, sənədləşmə və texniki hesabat hazırlama bacarığı
Problemlərin operativ həlli və komandada işləmə bacarığı
Detallara diqqətli və məsuliyyətli iş yanaşması
Müraciət qaydası:

Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mülki işlər) – [Sizin Adınız]” qeyd olunmalıdır.