Qapançı Dispetçer

Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Holcim

Şöbə: Logistika
İş vaxtı: Tam iş vaxtı
İş yeri: Holcim zavodu (Sahil qesebesi)
Vəzifələr:

Bütün sürücülərin EİA qaydalarına əməl etməsinə və FMV istifadəsinə nəzarət etmək;
Müştərilərə sement və klinkerin vaxtında çatdırılmasına cavabdeh olmaq;
Sistemdə hər hansı bir problem baş verərsə Logistika üzrə Menecerə məlumat vermək (Schenk & Logon);
Palletlərin qaytarılmasını icra etmək;
Yük maşınlarının çəkilməsini təmin etmək (ilkin və son çəki);
Ərazi və iş sahəsində intizama və təmizliyə riayət olunmasına nəzarət etmək;
Zavoda daxil olan Xammalın və sement maşınlarının qeydiyyata salınması və müvafiq hesabatların hazırlanması;
Müştərilərdən qayıdan yük sənədlərinin toplanması və Logistika şöbəsində müvafiq şəxslərə çatdırılması;
Vaqonların qeydiyyatı (ixrac);
Logistika Rəhbərliyinin sifariş və tələblərini vaxtında cavablandırmaq;
Tələb olunan və çatışmayan yük maşınlarına nəzarət edib hesabat vermək;
Logistika prosedurlarına əməl etmək;
Dürüst fəaliyyət göstərmək və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşmaq;
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək;
Tələb olunan keyfiyyətlər:

Təhsil və İş təcrübəsi:
Peşə və ya orta ixtisas təhsili;
Müvafiq sahə üzrə iş təcrübəsi- min. 1 il
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis dilini bilənlərə üstünlük verilir.