İş Təsviri
AZSERVİS MMC
İş şəraiti:
İş yeri ünvanı: Bakı şəh., Səbail ray., Nizami küç. 90A
İş qrafiki: Tam iş günü / Növbəli iş qrafiki
Əmək haqqı: 650 AZN, sınaq müddəti bitdikdən sonra 700 AZN
Qeydiyyatçının vəzifə öhdəlikləri:
Şirkətə gələn qonaqları gülərüzlə qarşılamaq, onları qeydiyyata almaq, uyğun şöbəyə yönləndirmək və gözləmə prosesində onlara dəstək olmaq;
Gələn zəngləri nəzakətlə cavablandırmaq, məlumat vermək və lazımi əməkdaşlara yönləndirmək. Zənglərlə bağlı qeydiyyatın aparılması;
Şirkət xidmətləri, məhsulları və əlaqəli proseslər barədə müştəriləri ilkin şəkildə məlumatlandırmaq və düzgün yönləndirmək;
Gələn məktubların, sənədlərin və kuryer bağlamalarının qəbul edilməsi, qeydiyyata alınması və müvafiq şöbələrə çatdırılması. Eləcə də çıxan yazışmaların göndərilməsinin təşkili
Gündəlik işlə bağlı forma və sənədlərin hazırlanması, çap edilməsi, düzgün qaydada saxlanması və lazım olduqda tapılıb təqdim edilməsi;
Elektron və kağız daşıyıcılarda informasiyaların gündəlik qeydiyyatının aparılması və arxivləşdirilməsi;
Reseption masasının təmiz və səliqəli saxlanılması, ofis avadanlıqlarının düzgün istifadəsinin təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, daxili kommunikasiya prosesində aktiv iştirak etmək.
Tələblər:
İş təcrübəsi 1 il arzuolunandır
Gülərüz, məsuliyyətli və kollektivlə işləmə bacarığı olan
Azərbaycan dilində səlis danışıq bacarığı (rus və ingilis dili bilikləri vacibdir)
Səliqəli və baxımlı görünüş
Kompüter bilikləri (MS Office, Outlook və s.)
Fidelio programında işləmə bacarığı
Əlaqə:
Zəhmət olmasa CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.