İş Təsviri
Excelsior Hotel MMC
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Ali;
Komputer bilikləri: MS Office (Word-Yaxşı, Excel-Yaxşı, Outlook-Yaxşı);
Dil bilikləri: Azərbaycan – Yaxşı (yazılı və şifahi); İngilis dili- Yaxşı (yazılı və şifahi); Rus dili üstünlükdür
Minimum təcrübə: müvafiq sahə üzrə 6 ay -1 il;
Fərdi keyfiyyət göstəriciləri:
Ünsiyyətlilik;
Müştəriyönümlülük
Məsuliyyətlilik;
Təqdimat və təşkilatçılıq;
Satış bacarıqlarının olması;
Nəticəyönümlülük;
Komandada işləmək bacarığı;
İş barədə:
Mehmanxana və şirkətin qaydalarına uyğun olaraq bütün otaq rezervasiyalarının qəbulu və həyata keçirilməsinə nəzarət etmək;
Doğru otaq kateqoriyasının satışı vasitəsilə mehmanxana haqqında ümumi məlumat verməklə və upselling üsullarından istifadə etməklə otaq rezervasiyaları və ya rezervasiyaların ləğvi ilə bağlı tələbləri qəbul və təsdiq etmək;
Otaq və restoran qiymətləri və mehmanxanada boş otaqların mövcudluğu barədə qonaqlara ətraflı məlumat vermək;
Fərdi və qrup şəklində olan rezervasiyaların, otaqların rezervasiya siyahılarının, gözləmə siyahılarının və digər rezervasiyaların hazırlanmasına kömək etmək;
Bütün daxil olan zəngləri mehmanxananın telefon standartlarına uyğun şəkildə dərhal, yüksək məharət və nəzakətlə qəbul etmək;
İş vaxtının norması:
Növbəli iş qrafiki/ 5 günlük iş həftəsi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı barədə məlumat müsahibə zamanı təqdim olunacaq
Nahar müəssisə tərəfindən qarşılanır
İş yeri:
Bakı, Heydər Əliyev prospekti 2