Qida sahəsi üzrə elektro mexanik

İyun 30, 2025
Müraciət sonu: İyul 27, 2025
İndi Müraciət Et

İş Təsviri

CAMAL LTD

Tələblər:

Sahə üzrə Ali təhsil
Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
Elektro-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
Problemlərə çevik yanaşma
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Vəzifələri:

Dondurma istehsal edən avadanlıqların istismarını, yağlamasını və təmizlənməsini həyata keçirir.
Xətdə və digər avadanlıqlarda nasazlıq baş verərsə və nəticədə iş prosesi pozularsa, dərhal həmin nasazlığı aradan qaldırmaq üçün tədbirlər görür, bu mümkün olmadıqda İstehsalat rəhbərinə dərhal məlumat verir.
İstehsalat zəruriyyəti ilə əlaqədar lazimi hallarda zavod ərazisində və digər sexlərdə bacarıq səviyyəsinə uyğun işləri həyata keçiri.
Növbə ərzində elektrik avadanlıqlarının fasiləsiz və yüksək keyfiyyətli işini təşkil edir, bunun ücün onlara düzgün xidmət olunmasını həyata keçirir.
Növbə ərzində nəzarət-ölçü və avtomat cihazların göstəricilərini nəzarətdə saxlayır və onların düzgün işləməsini təmin edir.
Növbə ərzində qəzaların qarşısını almaq üçün elektrik mühərriklərinin artıq yüklənmədən və qısa qapanmadan mühafizə sisteminin ehtibarlığını həyata keçirir.
Digər məlumatlar:

Əmək haqqı 1500 AZN
6 günlük iş rejimi
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 “Camal” LTD şirkəti (Dondurma zavodu)

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.