İş Təsviri
Domino’s Pizza Azerbaijan
İş şəraiti:
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
Tələblər:
Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Qida istehsalı və ya iaşə sektorunda işləmə təcrübəsi;
ISO 22000, HACCP və digər beynəlxalq standartlara dair ilkin nəzəri biliklər;
İş üçün lazım olan xüsusi və peşəkar biliklərə malik olmaq;
Diqqətli, məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı olan.
Vəzifə öhdəlikləri:
Xidmətin bütün mərhələlərində texniki şərtlərə, texnoloji sənədlərə və işçi təlimatlara uyğun olaraq məhsulun keyfiyyətinə nəzarətin təmin edilməsi;
İş sahələrinin yoxlanılması, müşahidələrin aparılması, uyğunsuzluqların müəyyən edilməsi və rəhbərliyə bildirilməsi, onların aradan qaldırılması ilə bağlı tədbirlərin təşkili;
Xammal, yarımfabrikat və hazır məhsulların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin yoxlanılması;
Daxil olan məhsulların mal qonşuluğu prinsipinə uyğun olaraq anbarda yerləşdirilməsi və uyğunsuzluq halında müvafiq şəxslərə məlumat verilməsi;
Mal qəbulu və istifadə qaydaları ilə bağlı iş axış sxemlərinin hazırlanması məqsədilə sahələrdə işin izlənilməsi və aidiyyəti strukturlara dəstək göstərilməsi;
Sənədlərin nəzarətli nüsxələrinin hazırlanması, izlənilməsi və zəruri olduqda geri yığılması proseslərinin həyata keçirilməsi;
Məhsulların saxlanması, istehsalı və daşınması zamanı gigiyena və sanitar-epidemioloji qaydalara uyğunluğunun təmin olunması;
İstehsalat prosesi zamanı personalın gigiyena qaydalarına riayət etməsinə nəzarət;
Günlük, həftəlik və aylıq sanitar gigiyenik yoxlamaların keçirilməsi, nəticələrin sənədləşdirilməsi və aktlaşdırma;
Keyfiyyətsiz məhsulun və uyğunsuzluqların yaranma səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün tədbirlərin hazırlanması və icrasında iştirak;
İşçilərin tibbi müayinədən vaxtında keçməsinə nəzarət və qeydiyyatın aparılması;
İstehsalat və xidmət bölmələrinin sanitar təmizliyinə və təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət.