Rəqəmsal KOS, Fərdi və Özəl Bankçılığı Şöbəsinin Kredit Risk Anderrayteri

İyul 1, 2025
Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

PASHA Bank

Təsvir

Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnməsi;
Kredit təhlilinin aparılması üçün rəqəmsal KOS üzrə borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
KOS rəqəmsal kreditləşmə və skorinq modellər ilə bağlı kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi;
Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış edilməsi;
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət edilməsi;
Kredit ərizələri üzrə olunan kredit reytinq cədvəllərinin hazırlanması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
Müvafiq sahə üzrə daxili təlimat, çərçivə sənədləri, struktur, alət və proseslərin təkmilləşdirilməsi məsələlərinin qaldırılması və ya bu məsələlərə müvafiq rəylərin verilməsi.
Tələblər

Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
İş təcrübəsi: Kredit, Risk, Bank, Maliyyə təhlili və ya müvafiq iqtisadi sahə üzrə minimum 2-4 il iş təcrübəsi olanlara üstünlük verilir;
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir;
Kompüter bilikləri: Microsoft Office;
İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq üstünlükdür;
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.