İş Təsviri
Caspian Equipment Company
Namizədə olan tələblər:
Ali təhsil(Marketinq, iqtisadiyyat);
Digital Marketiq və ya Ticarət marketinqi sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
Digital Marketinq tədqiqatlarının prinsiplərini və metodlarını bilmək;
Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır.
Vəzifə öhdəlikləri:
Digital və Ticarət marketinq strategiyalarının hazırlanması, planlarının hazırlanması və tətbiqi.
Bazarın və müştəri tələblərinin araşdırılması;
Brendin tanınmasını artırmaq, satış nöqtələrində satışları artırmaq, marketinq tədbirlərinin effektivliyini yaxşılaşdırmaq;
Satışın stimullaşdırılması üçün reklam kampaniyalarının və promo tədbirlərinin keçirilməsi.
Digital Marketinq kampaniyalarının effektivliyinin təhlili və izlənməsi;
Satış komandası və ticarət nümayəndələri ilə əməkdaşlıq və strategiyaların həyata keçirilməsi;
Müştərilərdə tələb stimullaşdırmaq üçün aksiyaların və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi;
Digital Marketinq kampaniyalarının nəticələri barədə hesabatların hazırlanması;
Digital Marketinq materiallarının hazırlanması və nəzarət edilməsi: POS-materiallarının, reklam materiallarının və promo-aksiyaların hazırlanması və koordinasiya edilməsi;
Rəqiblərin izlənilməsi və onların ticarət marketinqi strategiyalarının analizi;
İş şərtlərimiz:
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Ünvan: Binəqədi ray, Mədən küçəsi 4 (Baş Dövlət Tol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal marketoloq” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.