Regional Rəhbər

Müraciət sonu: İyul 25, 2025
İndi Müraciət Et

İş Təsviri

AROUND GROUP

Vəzifə öhdəlikləri:

Bakı üzrə bütün layihələrin və bölmələrin fəaliyyətinin təşkili və koordinasiyası
Satış, marketinq və əməliyyat planlarının icrasının təmin edilməsi
100-dən çox əməkdaşdan ibarət komandaya, şöbə müdirlərinə və müxtəlif bölmələrə rəhbərlik
Regional biznes strategiyalarının və layihələrinin hazırlanması və həyata keçirilməsi
Layihələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün proseslərin optimallaşdırılması
Maliyyə göstəricilərinin təhlili və büdcənin idarə olunması
Ticarət nöqtələrinin auditi və iş keyfiyyətinin nəzarəti
Əsas müştərilər və partnyorlarla yüksək səviyyədə əməkdaşlığın təmin edilməsi
Korporativ mədəniyyətin dəstəklənməsi və komandanın inkişaf etdirilməsi
Bazar vəziyyətinin izlənilməsi və planların dəyişən şəraitə uyğunlaşdırılması
KPI-ların qurulması, motivasiya və performansın izlənməsi
Layihələrin hesabatlarının hazırlanması, nəticələrin təhlili və rəhbərliyə təqdim olunması
Resursların və vaxtın effektiv idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi
Daxili və xarici müştəri məmnuniyyətinin təmin olunması və yeni tərəfdaşlıqların qurulması
Tələblər:

Yaş: 25–45
Menecment, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
Pərakəndə satış, gündəlik istehlak malları (FMCG), BTL layihələri, xidmət və ya distribusiya sahələrində rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi
100-dən çox əməkdaşdan ibarət böyük komandaların və bir neçə bölmənin idarə olunması təcrübəsi
Strateji və əməliyyat planlaşdırma bacarıqları
Büdcənin idarə olunması və auditlərin keçirilməsi üzrə təcrübə
Excel, Google Sheets və layihə idarəetmə sistemlərindən (Trello və s.) sərbəst istifadə
Azərbaycan və ya rus dilində sərbəst danışıq (mütləqdir), ingilis dili üstünlükdür
Məlumatlara əsaslanan qərarvermə və analitik düşünmə bacarığı
Müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə fokuslanmış yanaşma
Komanda daxilində motivasiya, inkişaf və etibar mühiti yaratmaq bacarığı
Eyni anda bir neçə layihəni idarə etmək və yüksək məsuliyyət daşımaq bacarığı
Proaktivlik, təşəbbüskarlıq, çeviklik və nəticəyə yönəlik iş stili
Biz nə təklif edirik:

Sabit və inkişafda olan bir şirkətdə çalışmaq imkanı
Regional layihələrə birbaşa rəhbərlik və təsir imkanları
Güclü və motivasiyalı komanda ilə işləmək fürsəti
Rəqabətə davamlı əmək haqqı — fərdi şəkildə müsahibə əsasında müəyyən edilir
5 günlük iş rejimi, saat 09:00-dan 18:00-a qədər​​
Müraciət üçün “Regional Rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz!