İş Təsviri
FLY INTO BAKU
Vəzifə öhdəlikləri:
Otaqların mövcudluğu, qiymətlər, dəyişikliklər, gündəlik rezervasiyalar ilə bağlı qeydiyyat aparmaq;
Bütün rezervasiya dəyişikliklərini yoxlamaq, hər hansı bir dəyişiklik olduğu təqdirdə idarəetmə sistemində dərhal və dəqiq bir şəkildə yeniləmək;
Gündəlik e-poçtları yoxlamaq, onlayn sorğulara cavab vermək və rezervasiya etmək;
E-poçt göndərişlərinin otel üzrə çeşidlənməsi (Front Office və Maliyyə şöbələri) üçün ehtiyyat nüsxələrini hazırlamaq;
Otaq mövcudluğu barədə məlumat vermək, rezervasiya ilə bağlı təsdiq məktubu göndərmək və zəmanət tələb etmək;
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
Qonaqpərvərlik sahəsində xidmət standartları; (SOP qaydaları)
Azərbaycan; Rus və İngilis dili;
Opera programı (arzuolunandır)
Microsoft Office programları: Outlook, Word və Excel
İş şərtləri:
5 günlük iş rejimi (Növbəli iş qrafiki)
Nahar və servis şirkət tərəfindən qarşılanır
Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Rezervasiyalar üzrə agent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.