Risk şöbəsinin mütəxəssisi

İyun 18, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

AtaSığorta ASC

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

Cəmiyyətin risk siyasətinə uyğun olaraq gündəlik fəaliyyətlərdə risk amillərinin təhlilində iştirak etmək;
Risk reyestrinin aparılmasında və yenilənməsində şöbəyə dəstək vermək;
Risk göstəricilərinin (KRİ) və daxili nəzarət tədbirlərinin izlənməsində iştirak etmək;
Struktur bölmələrdən daxil olan məlumatların təhlilini aparmaq və ilkin risk qiymətləndirməsini hazırlamaq;
Risk hesabatlarının hazırlanmasında mütəxəssislərə kömək etmək;
Risklə bağlı sənədlərin, siyahıların və prosedurların icrasında dəstək göstərmək;
Şirkətin risk mədəniyyətinin artırılması üçün keçirilən tədbirlərdə iştirak etmək.
BİLİKLƏR:

İqtisadiyyat (xüsusilə, maliyyə) və ya hüquq üzrə ali təhsil;
Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
Sığorta fəaliyyətində rəhbər tutulan Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.
Korporativ idarəetmə və risklərin idarəolunması bilik və bacarıqlar
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı olmalıdır, İngilis dili biliyi zəruri, rus dili biliyi üstünlükdür.
Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office – word əla, Excel əla, PPT əla səviyyədə).
TƏCRÜBƏ:

Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi (arzuediləndir);
Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
Təqdimat bacarığı olmalıdır.
Kiçik qrup komandanı idarə etməyi və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.
Risk analitik sistemləri və ya proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük verilir.
ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ:

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.