Risklərin İdarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

İyun 13, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirilmək;
Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy vermək və komplayens riskini ölçüb bildirmək;
Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;
Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək;
Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.
Tələblər

Tam ali hüquqi və ya iqtisadi təhsil;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, düzgün və etibarlı olmalı;
Xarici dil – ingilis dili əla səviyyədə;
MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;
1 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir) üstünlük təşkil edir.
Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Magistr