İş Təsviri
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması üzrə baş məsləhətçi vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);
Təcrübə: Risklərin idarə edilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;
Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
Şəxsi bacarıqlar: Təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, induktiv və analitik təhlil, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili)
Vəzifə öhdəlikləri:
Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarət;
Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması, davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
Yarımillik risk hesabatlarının hazırlanması.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Praktiki tapşırıq/test mərhələsi
Müsahibə
Müraciət qaydası:
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!