Risklərin idarəolunması üzrə məsləhətçi

İyul 1, 2025
Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Təklif etdiyimiz imkanlar:

Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:

Təhsil: Ali təhsil;
Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə ən azı 1 illik iş təcrübəsi;
Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;
Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili)
Vəzifə öhdəlikləri:

Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;
Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;
Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;
Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:

Müraciətlərin nəzərdən keçirilməsi
Praktiki tapşırıq/test mərhələsi
Müsahibə
Müraciət qaydası:

CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!