Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi

May 29, 2025
Vaxtı bitib.

İş Təsviri

Xalq Bank

Təsvir

Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
Bankın məhsul və xidmətlərinin təhlili;
Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
Tələblər

Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
İngilis dili biliyi mütləqdir;
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
BI və Data analitika bilikləri;
Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Analitik düşünmə və tədqiqat bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 3-4 il
Təhsil – Magistr