Rus və İngilis Dilli Müştəri Təmsilçisi

Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Teleperformance

Tələblər:

Rus dili C1 və İngilis dili B2 səviyyəsində sərbəst danışıq və yazı bacarığı
Növbəli iş rejimində çalışmağa hazır olmaq
Evdən işləmək üçün uyğun şəraitin olması (home office)
Yüksək səviyyədə ünsiyyət və problem həll etmə bacarıqları
Vəzifə öhdəlikləri:

Şirkətimizin tərəfdaşı olan, öz sahəsində lider müştərimizin istifadəçilərindən daxil olan müraciətləri sistem üzərindən cavablandırmaq
İstifadəçilərin qarşılaşdıqları problemlərin həllində onlara peşəkar dəstək göstərmək
İş şərtləri:

Rəqabətli və yüksək əməkhaqqı
5 günlük və günlük 9 saatlıq iş rejimi
Günlük qida xərcləri üçün maddi dəstək
Əmək qanunvericiliyinə uyğun rəsmi məşğulluq
İş üçün tələb olunan bütün texniki avadanlıqlarla təmin olunma
Evdən işləmək imkanı
Növbəli iş qrafikinə uyğun olaraq əlavə əməkhaqqı ödənişləri
Ünvan: AF Mall, Səməd Vurğun 54