İş Təsviri
Inomarka.az
Inomarka avtosalonu olaraq komandamıza rəqəmsal marketinq sahəsində təcrübəli və yaradıcı menecer axtarır. Bu rolda siz brendin tanıdılması, onlayn satışların artırılması və reklam effektivliyinin yüksəldilməsi istiqamətində çalışacaqsınız.
Vəzifə öhdəlikləri:
Bazar və rəqib analizlərinin periodik aparılması
Marketinq strategiyasının və illik planın hazırlanması və icrası
Brendin tanıtım strategiyasının hazırlanması və həyata keçirilməsi
Kontent planlaması və yaradıcı reklamların hazırlanması
Rəqəmsal kampaniyaların planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin ölçülməsi (ROI)
Hədəf auditoriyaların düzgün müəyyən edilməsi və reklam targetinqinin effektiv qurulması (Facebook Ads, Google Ads və s.)
Marketinq büdcəsinin idarə olunması
Sosial media kontentinin hazırlanması və paylaşımlarının idarə edilməsi
Tələblər:
Marketinq, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
Rəqəmsal marketinq sahəsində minimum 2-3 illik iş təcrübəsi
Rəqəmsal platformalarda (Meta, Google, YouTube və s.) reklam yerləşdirmə və targetinq üzrə praktiki bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilmək
MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək
Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:
Əməkhaqqı: Müsahibə zamanı razılaşma yolu ilə
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
İş yeri: Ağ Şəhər ofisimizdə