Şəbəkə üzrə mühəndis

Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Kontakt Home

Vəzifə öhdəlikləri:

Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.
Tələblər:

Ali təhsil (Texniki təhsil arzu olunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı.
İş şəraiti:

İş qrafiki: I-V günləri.