Sənədlərə nəzarət üzrə mütəxəssis

İyun 18, 2025
AZN800 - AZN1000
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Amina and S Group

Vəzifə və öhdəliklər:

QA/QC sənədlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin təşkil edilməsi;
Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələblər:

Ali təhsil;
Qeyd olunan sahədə azı 3-5 il iş təcrübəsi;
Azərbaycan dili əla, İngilis dili və Rus dillərini en azı orta səviyyədə bilməli;
Yaş həddi: 25-40;
MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş şəraiti:

Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
Həftədə 2 gün istirahət.
Əlaqə üçün: 010-225-30-89
Əmək Haqqı: 800-1000 azn
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.