İş Təsviri
AzProduct
İş şəraiti
İş yeri: Bakı şəhəri
Əmək haqqı:Razılaşma yolu ilə
Əsas vəzifə öhdəlikləri:
Şirkət rəhbəri və ailəsinin şəxsi və işgüzar səfərlərinin həyata keçirilməsi
Ev və ofis təsərrüfat işlərində dəstək göstərilməsi
Etibarnamə əsasında bəzi sənədləşmə və rəsmi prosedurların icrası (banka, dövlət qurumlarına sənəd çatdırılması və s.)
Avtomobilin ilkin texniki vəziyyətinin nəzarətdə saxlanılması və texniki xidmətə yönləndirilməsi
Avtomobilin gündəlik təmiz və saz vəziyyətdə saxlanılması
İş rejimi:
Həftədə 6 iş günü
Həftədə 1 istirahət günü (rəhbərliklə razılaşdırılmaqla)
Gündəlik 8-10 saatlıq iş qrafiki (lazım olduqda esneklik tələb oluna bilər)
Tələb olunan bacarıq və tələblər:
Minimum 5 il sürücü vəzifəsində iş təcrübəsi
B və C kateqoriyalı sürücülük vəsiqəsi
Rus dili biliyi – mütləqdir
İngilis dili biliyi – arzu olunandır
Yaş həddi 35-50
Kompüter bilikləri: əsas ofis proqramlarında işləmə bacarığı (Word, Excel, e-mail və s.)
İlkin texniki servis və nəzarət bacarığı (yağ dəyişimi, təkər, akkumulyator və s. üzrə ümumi biliklər)
İlkin tibbi yardım üzrə baza biliklər
İşə qəbul zamanı sağlamlıq müayinəsindən keçmək
Geyim və davranış standartları:
Klassik və səliqəli geyim tərzi
Gündəlik təmiz, baxımlı və gigiyenik görünüş (saç, saqqal, şəxsi təmizlik)
Nəqliyyat vasitəsinin daim təmiz, saz və tam təchizatlı olması tələb olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.