İş Təsviri
Freedom Finance Azerbaijan
Beynəlxalq şirkətə CEO və ailəsi üçün şəxsi sürücü axtarılır. Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur.
İş yeri: Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabi.
Vəzifələr:
Təhlükəsiz idarəetmə: Nümayəndə sinfinə aid avtomobillərin istənilən hava və yol şəraitində təhlükəsiz idarə olunması.
Esnek iş qrafiki: 6/1 iş rejimi. Nə zaman lazım olsa, hazır olmaq.
Məxfilik: Ailə ilə bağlı bütün məlumatlara qarşı maksimum konfidensiallıq və etibarlılıq.
Avtomobilə qulluq: Texniki vəziyyətə nəzarət, avtomobilin daim təmiz saxlanılması, vaxtında texniki baxış və yanacaqla təminat.
Loqistika: Marşrutların ailənin planına və yol hərəkəti şəraitinə uyğun şəkildə optimallaşdırılması.
Əlavə tapşırıqlar: Baqaj, alış-veriş və digər gündəlik işlərdə kömək.
Tələblər:
Ailədə şəxsi sürücü kimi ən az 10 il iş təcrübəsi (taksi təcrübəsi qəbul edilmir).
5 ulduzlu otellərdə və/və ya yüksək səviyyəli şəxslərlə iş təcrübəsi – üstünlükdür.
Qüsursuz sürücülük tarixi – qəza və yol hərəkəti qaydalarının pozulması olmamalıdır.
Diqqətlilik, stressə davamlılıq, səliqəli və baxımlı xarici görünüş.
İngilis dili biliyi – minimum B2 (Upper-Intermediate) səviyyəsində (vacibdir).
Rus dili məcburidir
Təklif olunur:
Rəqabətədavamlı əmək haqqı + mükafatlar (müsahibədən sonra müəyyənləşdirilir).
Rəsmi əmək müqaviləsi.
BƏƏ-yə relokasiya paketi, daxil olmaqla:
Aviabilet,
Mənzil tapmaq üçün əmlakçı dəstəyi,
2 həftəlik otel qalma xərcləri,
Əmək vizasının və BƏƏ sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi,
Tibbi sığorta.
Avtomobil və yanacaq işəgötürən tərəfindən təmin olunur.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi +994 51 300 00 98