İş Təsviri
Core Construction
Öhdəliklər:
Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və söküntü işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrini, materialları, detalları, alətləri, əşyaları sifariş verir və onların səmərəli istifadəsini təmin edir;
Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər verir.
Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək.
Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
Namizədə tələblər:
Təhsil: İnşaat sahəsində təhsil arzu olunandır;
Komandada işləmə bacarığı;
Müvafiq sahə üzrə təcrübə
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
İş barədə məlumat:
İş vaxtı: Həftə içi 6 gün
İş Yeri: Hökməli və ya Quba Layihələri
Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır .
CV-lərinizi “Sahə Rəisi ” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.