İş Təsviri
Rapid Services Azerbaijan LLC
Vəzifə öhdəlikləri:
Yol işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə, müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Yol-inşaat materiallarının, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət və cavabdehlik daşımaq;
Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
Tikinti işlərinin aparılması zamanı işçilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Rəhbərliyə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq;
İşçi briqadalarının iş bölgülərini təyin etmək, onlara istehsalat tapşırıqlarını vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil (İnşaat, tikinti, yol mühəndisliyi və ya müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 10 il təcrübə;
Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD və digər profil proqram təminatları;
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını mükəmməl bilmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı işçinin təcrübəsinə əsasən müsahibə əsasında müəyyən olunacaqdır.
CV-lərinizi “Sahə rəisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.