İş Təsviri
BARTECH Services
Ümumi məlumat
Bu vəzifə rentgen və iz detektor avadanlıqlarının, əl və elektrik alətləri istifadə edərək, texniki qulluğu və təmiri ilə məşğul olacaq sahə xidmət texniki üçün nəzərdə tutulub. İş dəyişən növbə cədvəlinə uyğun həyata keçirilir. Bu vəzifə müştəri ilə üz-üzə əlaqə qurmağı və yüksək səviyyəli komanda işini tələb edir; həmçinin texniki biliklərin öyrənilməsi və bölüşdürülməsi baxımından proaktiv yanaşma zəruridir. Müstəqil işləmək qabiliyyəti və bütün növbə dəyişiklikləri/zamanları üzrə işləmək bacarığı da vacib tələblərdir.
Vəzifə öhdəlikləri
Rentgen və iz detektor avadanlıqlarının nasazlıqlarının aradan qaldırılması, xidməti və təmiri
Xidmət müqavilələri və qrafiklərinə uyğun profilaktik texniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi
Xidmət müqavilələrinə uyğun olaraq avadanlıqların nasazlıqlarına və digər düzəldici texniki xidmət tələblərinə cavab vermək
Multimetr, kompüter/noutbuk və quraşdırılmış proqram təminatından istifadə etməklə rentgen avadanlığının komponentlərinin və sxemlərinin test edilməsi.
Mexanik, elektrik və elektronika ilə bağlı avadanlıq nasazlıqlarının əsas səbəbinin diaqnostikası (24 volt və ya daha az olan)
Rentgen avadanlıqlarında kəmərlər, valiklər, mühərriklər və digər mexaniki komponentlərin dəyişdirilməsi
Avadanlığı açmaq, yoxlamaq, tozsoranla təmizləmək, yağdan təmizləmək, təmir etmək və daxili hissələri dəyişdirmək
Sahə xidməti ilə bağlı sənədlərin və hesabatların tamamlanması
Gündəlik işdə çıxan problemləri dərhal böyük texniklərə və ya rəhbərlərə çatdırmaq
Tələb olunan digər vəzifələri yerinə yetirmək
İxtisas tələblər
Peşə və ya ali texniki təhsil (Mexanika/Elektrik/Elektronika/Radiotexnika/Avtomatika/İT)
İngilis və rus dillərin bilməsi arzuolunandır.
Microsoft Office proqramları üzrə əsas biliklər
Təcrübə: 2 ildən artıq
İş şəraiti
İş yeri: Ofis və servis sahələri
İş qrafiki: 5 günlük iş/cədvəl üzrə
Maaş: 1000 manat (net)
Şirkət tərəfindən lazımı trenninglər keçirilir
Əlaqə tel: +994 55 311 60 20