SAHƏ MEMARI

May 21, 2025
AZN2000 - AZN2500
Vaxtı bitib.

İş Təsviri

GM Construction

İş barədə məlumat
– Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
– Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
– Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımı texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək;
– Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək;
– Layihə olunmuş obyektlərdə istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
– Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
– Yerinə yetirilmiş işlər haqqında hesabat tərtib edərək struktur bölmə rəhbərinə təqdim etmək;
– Tamamlama və bəzək işlərində, yerində ölçü alımlarında töhvə vermək.
– Həftə içi 5 iş günü.

Namizədə tələblər
– Cins: Bəy namizəd
– Yaş həddi: 25 – 50
– Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
– İş təcrübəsi: Sahə memarı kimi ən azı 3 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– üstünlükdür;
– Kompüter bacarıqları: MS Office, AutoCAD;
– İş həcmlərinin hesablanmasını bilmək;
– Podratçıların fəaliyyətini idarə edə bilmək;
– Ofisdəki texniki heyətlə sahənin mühəndis heyəti arasında koordinasiyanı təşkil etmək bacarığı.