Sahə mühəndisi (təmir-tamamlama üzrə, Sumqayıt)

İyun 23, 2025
Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Kristal

Vəzifə öhdəlikləri:

Məsul olduğu tikinti layihəsinin sənədlərə uyğun tikintisini icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;
Alçipan ara bölmə, alçipan tavan, seramik bitiş materiallarının yerində icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək;
Podratçı təşkilat və ustaların ümumi iş qrafikinə görə işlərinin təşkili, material və texnika ilə təmin etmək;
Sahədə layihə çizgilərini incələmək və yoxlanmasını təmin etmək;
Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:

Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
(DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır)
İş şəraiti:

6 günlük iş qrafiki;
İş yeri: Sumqayıt;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnşaat mühəndisi (təmir-tamamlama üzrə, Sumqayıt) yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.