Satınalma mütəxəssisi (tibb üzrə)

Müraciət sonu: İyul 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Medeks

Tələblər:

Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
Problemi sərbəst həll etmə qabiliyyətinin olması
Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmalı
Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
Yaş: 24-40
Kompyuter biliyi (Word, Excel, Power point, Outlook)
Dil bilikləri – Azərbaycan dilini səlist, Rus və Ingilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti
Vəzifələr:

Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi
Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi
Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
Satış məqsədilə təqdimatların keçirilməsi
Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
Mövcud bazarın və rəqiblərin analizi
Bazarın tələbinə uyğun təkliflərin araşdərəlması və formalaşdırılması
Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək
Aylıq və həftəlik hesabat vermək
İş şəraiti:

Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
İş qrafiki-5 günlük
Əmək haqqı razılaşma yolu ilə
Vakansiyaya uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.

Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.