İş Təsviri
Baku City Residence
Şirkət: “Baku City Residences”
Namizədə tələblər:
Ali təhsil (Müvafiq sahə və ya oxşar sahələr üzrə);
Müvafiq sadə üzrə minimum 2 il iş təcrübəsi;
Yalnız xanım namizədlər.
Təchizat sənədləşmələri prosedurunu;
Peşə etiketi qaydalarını;
Daxili nizam-intizam qaydalarını;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
MS Office proqramlarını;
Azərbaycan, İngilis dillərini bilməlidir.
İş barədə məlumat:
Təchizat şöbəsinə daxil olan sifarişlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sifarişləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
Sifarişçi ilə Podratçı şirkətlər arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
Təchizat mütəxəssisləri tərəfindən təqdim edilmiş məlumatlar əsasında sifarişin müvafiq təsdiqlənmə mərhələlərini izləmək və nəzarət etmək;
Sifarişlər daxili olaraq təsdiqləndikdən sonra podratçılarla müqavilə bağlanılmasını təmin etmək;
Podratçı şirkətlərlə müqavilə bağlandıqdan sonra sifarişlərin icra müddətini mütəmadi olaraq izləmək və icrasının tamamlanmasını təmin etmək
Təchizat sənədləri dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
Layihələr çərçivəsində keçirilən iclasların əlaqələndirilməsi, iclaslarda iştirak etmək, iclas (toplantı) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
İş qrafiki: Bazar ertəsi-Cümə;
Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq.