Satınalma üzrə kiçik mütəxəssis

İyul 3, 2025
AZN600 - AZN700
Müraciət sonu: Avqust 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Tax, Audit and Consulting Services MMC

Vəzifə öhdəlikləri:

Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
Elan üzrə ilkin araşdırmanın aparılması;
Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi;
Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrə müraciət edərək toplanıb son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender sənədlərinin şərtlər toplusuna uyğun olaraq hazırlanması
Tender prosesi zamanı şirkətin təmsil olunması;
Tender prosesini icra edilməsi və nəzarətdə saxlanılması;
Təchizat sifarişlərinin idarə edilməsi;
Tələbatın müəyyənləşdirilməsi, analizlərin aparılması və bazar qiymətlərinin müəyyənləşdirilməsi;
Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparılması;
Müqavilə əsasında yeni əməkdaşlığın həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin təhlil olunması;
Anbarda qalan mal-materialların aylıq hesabatının aparılması;
Stoka əsasən sifarişlərin keçirilməsi;
Sifariş olunan mal-materialların təhvil-təslimi.
Namizədə dair tələblər:

Ali təhsil (Beynəlxaq ticarət və logistika aruz olunandır);
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq, Rus və İngilis dili arzuolunandır
MS Office proqramları (Excel proqramını mükəmməl bilməli)
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
Əmək şəraiti:

İş qrafiki: Tam iş günü (5gün)
İş saatları 08:30-17:30
Əməkhaqqı 600-700 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.