İş Təsviri
STP Metal Structures
Vəzifə öhdəlikləri:
Sifarişlər əsasında bazar araşdırmasını etmək;
Ehtiyatların miqdarına nəzarət etmək;
Analiz edib uyğun satıcını seçmək;
Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;
Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
Müqavilələrin və sifarişlərin statusunu izləmək;
Namizədə tələblər:
Ali təhsilli (iqtisadiyyat üzrə)
Azərbaycan, rus və ingilis dillərini bilməli
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
Ünsiyyət qurma bacarığı.
İş şəraiti:
5 günlük iş qrafiki
İş yeri: Sumqayıt şəhəri
Könüllü tibbi sığorta təminatı
Korporativ nömrə
Nahar şirkət tərəfindən verilir
Nəqliyyat şirkət tərəfindən təmin olunur
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.