Satınalma üzrə aparıcı mütəxəssis

Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Agrarco

Təsvir

Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
İddiaçı şirkətlərin satın alınacaq material və xidmətlərə görə müxtəlif kateqoriyalara ayrılması;
Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
Qiymət sorğuları və tender müsabiqələri üzrə sənədləşmə işlərinin aparılması;
Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədlərin təşkil edilməsi, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət edilməsi, həmçinin bağlanmış müqavilələrin idarə olunmasının təmin edilməsi;
Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
Şöbə rəhbərliyinə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər

Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
Tender müsabiqələrinin təşkil edilməsi bacarığı;
Qiymət sorğularının aparılması bacarığı (RFQ,RFP,RFİ);
Xarici satınalmalarda təcrübə mütləqdir;
Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
CİPS sertifikatının olması arzuolunandır.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
İmtiyazlar

Tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
Korporativ nömrə
Təlim dəstəyi
Kariyerada yüksəlmə imkanı