Satınalma və Təchizat üzrə Mütəxəssis

Müraciət sonu: Avqust 8, 2025
İndi Müraciət Et

İş Təsviri

145 Group

İş yeri: ISR Plaza, 16-cı mərtəbə, Bakı, Azərbaycan

Vəzifəyə ümumi baxış:

Restoran sahəsində gündəlik və mövsümi məhsul ehtiyaclarını vaxtında, keyfiyyətli və səmərəli şəkildə təmin etmək məqsədilə təcrübəli Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.
Bu vəzifə şirkətin fəaliyyətində strateji əhəmiyyətə malikdir və restoran rəhbərliyi, baş aşpazlar və təchizatçılarla koordinasiyanı əhatə edir.

Əsas vəzifə öhdəlikləri:

Menyu və istehsalat planlamasına uyğun olaraq, gündəlik və mövsümi ərzaq və qeyri-ərzaq məhsullarının sifarişi və təchizatının təşkili
Restoran rəhbərliyi və baş aşpazlarla sıx əməkdaşlıq edərək onların tələbatlarının vaxtında və düzgün qarşılanmasını təmin etmək
Yerli və beynəlxalq bazarda etibarlı təchizatçılarla danışıqlar aparmaq, əməkdaşlıq qurmaq və qiymət-keyfiyyət-çatdırılma balansını təhlil etmək
Uyğun olmayan və ya zədələnmiş məhsullar üzrə geri qaytarma və zərərin minimuma endirilməsi prosesinin idarə edilməsi
Təchizat sifarişlərinin toplanması, sistemə daxil edilməsi və sənədləşmənin aparılması
Satınalma müqavilələrinin və ödənişlərin düzgün şəkildə aparılmasına nəzarət
Anbarla koordinasiya edərək məhsul dövriyyəsi, ehtiyat səviyyəsi və tələbat proqnozunun idarə olunması
Bazar qiymətləri, alternativ məhsullar və tədarükçülər üzrə mütəmadi monitorinq və təhlillərin aparılması
Təchizat büdcəsinə və xərclərə nəzarət, aylıq və rüblük hesabatların hazırlanması
Təchizat komandasının gündəlik fəaliyyətinin planlaşdırılması və iş bölgüsünün təşkili
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Namizədə dair tələblər:

Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat və ya Qida mühəndisliyi sahəsində)
25-40 yaş arası bəy namizədlər
Restoran, catering və ya qida sənayesində ən azı 3 il satınalma və təchizat sahəsində iş təcrübəsi
Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında məlumatlılıq
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Yaxşı danışıqlar aparmaq, müqayisəli təhlil etmək və strateji qərarlar vermək bacarığı
Stressə davamlılıq, təşəbbüskarlıq və nəticəyönümlülük
Komanda ruhu və yüksək işgüzar etika
Azərbaycan dili – sərbəst
İngilis dili – orta səviyyədə; rus dili bilikləri – üstünlükdür
Biz nə təklif edirik:

Rəqabətli əmək haqqı
Şirkət tərəfindən təmin olunan nahar
İş rejimi: həftə içi 5 iş günü (Bazar ertəsi – Cümə)
İş saatları: 09:00 – 18:00
Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun qeydiyyat
Peşəkar və dəstəkləyici komanda
Karyera inkişafı və öyrənmə imkanları
Müraciət qaydası:

Zəhmət olmasa CV-nizi “Satınalma və Təchizat üzrə Mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.