İş Təsviri
OMİD Mağazalar şəbəkəsi
Satış məsləhətçisi xanım və bəy namizədlər (Nərimanov, Hökməli, Şərq bazarı-28 may, Dərnəgül, Xutor, Günəşli, Yusifbəyli, Əhmədli, Həzi Aslanov, Binə, Mehdiabad, Xırdalan, Sumqayıt, Badamdar, Lökbatan, Novxanı, Yevlax, Bərdə, Gəncə, Cəlilabad, Şəmkir, Sabirabad )
İş barədə məlumat:
Mağazanın satış işini təmin etməlidir;
Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Namizədə tələblər:
18-35 yaşı;
Bəsit riyazi biliklərin olması vacibdir;
Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək Şəraiti:
Əmək haqqı: 500-700 AZN;
İş rejimi: Həftənin 6 günü;
Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.
İş üçün müraciət edən xanım və bəy namizədlərin CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 055-500-91-00 nömrəsinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.