Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Inomarka.az

Inomarka avtosalonu olaraq komandamıza müştəriyönümlü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və satış prosesinin həyata keçirilməsi
Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək
Onlayn və oflayn daxil olan müştəri sorğularının vaxtında cavablandırılması
Müştəri münasibətlərinin idarə olunması və satış sonrası məlumatların verilməsi
Müştəri istəyinə əsasən müxtəlif bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak
Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması
Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin hazırlanması
Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə koordinasiyalı işləmək
Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli əlaqələrin qurulması
İtirilmiş müştərilərin geri qazanılması və uzunmüddətli əməkdaşlığın təmin olunması
Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanmasında iştirak
Namizəddən gözləntilər:

Ali təhsil (Biznesin idarə olunması, marketinq və ya əlaqədar sahələr üzrə)
Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan və rus dillərində sərbəst danışıq; İngilis dili — Upper Intermediate səviyyəsində
Ofis proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək
Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll etmə bacarığı
Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
İctimai danışıq və təqdimat bacarığı
Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq
Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
İş şəraiti:

Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən qrafiklə
İş yeri: Ofis Ağ Şəhərdə yerləşir