İş Təsviri
Best Soft
Namizəd üçün tələblər:
Kişi/Qadın, yaş 25-40;
Ali və ya orta ixtisas təhsili;
Azərbaycan və rus dillərini bilmək;
Tez öyrənən, çalışqan, məsuliyyətli və mədəni;
Ofis proqramlarında (Word, Excel, Outlook və s.) iş təcrübəsi;
İnformasiya Texnologiyaları sahəsində satış təcrübəsi (arzu olunandır);
1C:Enterprise və Bitrix24 sistemlərində iş təcrübəsi (arzu olunandır).
İşin təsviri:
Potensial müştərilərdən gələn sorğuların (daxil olan zənglər, korporativ məktublar, saytdan və digər mənbələrdən daxil olan sorğular) işlənməsi və şirkətin xidmət və məhsulları ilə tanış edilməsi;
Potensial müştərilərin və tərəfdaşların axtarışı;
Potensial müştərilərlə danışıqlar aparmaq və onların ehtiyaclarını anlamaq;
Layihənin qiymətləndirilməsində iştirak;
Kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
Lazımi tender sənədlərinin hazırlanmasında iştirak;
Müştərilərin zəruri mallarla təmin edilməsi (proqram lisenziyaları, avadanlıqlar);
Korporativ tədbirlərin təşkili və iştirak (görüşlər, təqdimatlar, sərgilər və s.).
İş şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul;
Şirkət hesabına nahar;
Şirkət hesabına fitnes klub;
Şirkət hesabına təlim və sertifikatlaşdırma;
Mehriban və həmrəy komanda;
Sabit əmək haqqı 500 AZN + Aylıq bonuslar;
İş qrafiki 09:00-18:00 (bazar ertəsi – cümə).
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.