İş Təsviri
Karaca
İş barədə məlumat
– İş saatı : Növbəli iş qrafiki
– 10:00 dan-17:00 dək və 14:00 dan-22:00 dək (həftədə 6 iş günü olmaqla və 1 istirahət günü)
– Əmək haqqı: 500 azn rəsmi əməkhaqqı və 1% satışdan bonus
– Müxtəlif məhsul kateqoriyalarının (market,elektronika, məişət texnikası, ev üçün əşyalar üzrə satış təcrübəsi olana üstünlük veriləcək ) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi.
Namizədə tələblər
– Təhsil : Orta
– İş təcrübəsi : 1 ildən aşağı
– Yaş : 19 -40
– Azərbaycan və rus dillərində əla səviyyədə bilmək ( ingilis dilini bilməsi arzu olunandır)
– Mağazada mövcud olan məhsul çeşidi haqqında məlumatlı olmaq
– Müştəriləri mağazada qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək, məhsullar haqqında ətraflı və dəqiq məlumat vermək
– Müştərinin ehtiyacına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
– Mağaza menecerinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək
– Müştəri sorğularını cavablamaq və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək
– Zədələnmiş,yararsız, texniki göstəriciləri silinmiş məhsullar aşkar etdikdə onları rəflərdən qaldırmaq və mağaza menecerini məlumatlandırmaq
– Qoyulan satış hədəflərini həyata keçirmək
– Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
– Ünsiyyət bacarığı
Yüksək təşəbbüskarlıq və dinamik işə meyillilik, aktivlik, satış bacarığı və səbrlilik
– Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı
– Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
Müraciət qaydası
Zəhmət olmasa, CV-lərinizi e-mail adresinə göndərin
CV-ləri göndərərkən başlıq yerinə “Satış məsləhətçisi” qeyd etməyi unutmayın.