İş Təsviri
Lalafo
Enerji dolu və ünsiyyətcil satış nümayəndəsi axtarırıq!
Əgər sən, yaxşı fiziki formadasan və gəzərək işləməkdən qorxmursan, yeni tanışlıqları sevirsən, məhsulun möhtəşəm müsbətləri haqqında danışmağı bacarırsan və insanlarla asan şəkildə ünsiyyət qura bilirsənsə – bizə qoşul!
“Yox” cavabı aldıqda belə, təslim olmayıb, məhsula diqqət cəlb etməyin digər yollarını axtarırsan, məqsədyönlü, yüksək ambisiyalara sahib və həqiqətən pul qazanmaq istəyən birisənsə, bu sənin şansındır!
Önəmlidir:
Ünsiyyəti və yeni tanışlıqları sevirsən
Ofisdən kənar, müxtəlif ərazilərdə işləməyə hazırsan
Özündən əmin şəkildə danışıb, maraq cəlb etməyi bacarırsan
Nəticəyönümlü şəkildə işləməyə hazırsan
Çətin vəziyyətlərdən qorxmursan və insanları razı salmağı bacarırsan
Rəqəmsal məhsullar sənə yad deyil (tətbiqlər, saytlar və s.)
Azərbaycan dilində səlis danışırsan
Rus dili biliyi üstünlükdür
İş üçün telefon və internet xərcləri şirkət tərəfindən qarşılanır.
İş qrafiki: Bazar ertəsi – Cümə/ 09:00 – 18:00
Maaş: 1000 AZN-dən başlayaraq, yuxarı hədd yoxdur. (fix + %)
Ətraflı məlumat müsahibə zamanı veriləcək.